1/4 final mərhələsinin bütün cütlükləri bəlli oldu

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Allsport.az xəbər verir ki, bu gün baş tutan 1/8 final mərhələsinin oyunlarından sonra növbəti mərhələyə vəsiqə qazanan daha 7 iştirakçının adına aydınlıq gəlib.

Qeyd edək ki, 1/4 finala vəsiqəni hamıdan öncə “Xəzər Lənkəran” əldə etmişdi. Cənub təmsilçisi “Araz Naxçıvan”ın fəaliyyətini dondurması səbəbindən oynamadan növbəti mərhələyə çıxmışdı.

Bu gün isə “Neftçi”, “Qarabağ”, “Qəbələ”, “Bakı”, “İnter”, AzAL və “Simurq” da 1/4 finala vəsiqəni təmin etdi.

Artıq növbəti mərhələnin cütlükləri də bəllidi. Həmin cütlükləri təqdim edirik:

Neftçi – AzAL
Bakı – Qarabağ
Simurq – Qəbələ
İnter – Xəzər Lənkəran

Qeyd edək ki, 1/4 final mərhələsində qaliblər ev-səfər prinsipi ilə müəyyənləşəcək. İlk oyunlar martın 4-də, cavab oyunları martın 13-də keçiriləcək.

Həmin kateqoriyadan