1/8 finalın bütün cütləri bilindi

Bu gün Azərbaycan kubokunda 1/16 finalın oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, 1-ci divizion komandaları “Turan Tovuz” və “Qaradağ Lökbatan” növbəti mərhələyə adlayıblar. Artıq 1/8 finalda qarşılaşacaq bütün cütlüklər bəllidir. Öncəkində olduğu kimi, bu raundda da qalib bir görüşdə müəyyənləşəcək. 1/8 finalın matçları dekabrın 2-3-də keçiriləcək.

Azərbaycan kuboku
1/8 final

“Turan Tovuz” – “Zirə” (Bakı)
“Neftçi” (Bakı) – “Şərurspor” (Naxçıvan)
“Qarabağ” –  “Səbail” (Bakı)
MOİK (Bakı) – “Sumqayıt”
“İnter” (Bakı) – “Qaradağ Lökbatan”
“Şahdağ” (Qusar) – “Kəpəz” (Gəncə)
“Qəbələ” – “Zaqatala”
AzAL (Bakı) –  “Rəvan” (Bakı)

 

Həmin kateqoriyadan