2-ci hissə komandası

“Zirə” premyer liqada mövsümün ilk hissəsində 16 qol vurub. Allsport.az saytı xəbər verir ki, “qartallar” baş tutan 13 turda 2-ci hissədə daha məhsuldar çıxış etməsi ilə diqqət çəkib.

Komanda fasiləyədək cəmi 5 qol vurub. Digər yarıda “Zirə” daha qarşısıalınmaz olub – 11 top. Qəsəbəlilər fasilədən sonrakı 15 dəqiqədə ilk yarıdakı qədər – 5 dəfə rəqib qapısına yol tapıb.

1-15-ci dəqiqələr: 1 qol
16-30-cu dəqiqələr: 2 qol
31-45-ci dəqiqələr: 2 qol
46-60-cı dəqiqələr: 5 qol
61-75-ci dəqiqələr: 3 qol
76-90-cı dəqiqələr: 3 qol

Həmin kateqoriyadan