2 matçda hakimlər bilindi

Premyer liqanın 6-cı turunda 2 oyununun təyinatları müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” – “Qəbələ” matçı Rəşad Əhmədova, “Səbail” – “Keşlə” görüşü isə Səbuhi Bayramova tapşırılıb. Turun “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” oyunları oktyabrın 18-də keçiriləcək.

Azərbaycan premyer liqası
6-cı tur
17 oktyabr

“Səbail” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “ASCO arena”, 14:00.

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “Azərsun arena”, 16:00.

Həmin kateqoriyadan