“2 xal itirdiyimizi qeyd edə bilərəm”

Premyer liqanın 23-cü turunda “Araz-Naxçıvan” səfərdə “Səbail”lə 2:2 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Azər Bağırov oyun haqda danışıb:

“Azarkeşlər maraqlı oyun izlədilər. Bəzən oyun zamanı əsəbləşir, hakimlərdən çox danışırıq, amma onlara da dəstək olmaq lazımdır. Ümumi götürsək, oyun mənim üçün çox yaxşı keçdi.
Kadirinin əvəzinə Vandersonu meydana buraxmağım oyun planında edilmiş dəyişiklik idi. İstəyirdim oyunun sürətini artıraq. Vandersonun da irəliyə daha çox çıxmasını tapşırmışdım.
Bu gün hesabımıza 1 xal yazdırsaq da, matç zamanı hesabda üstün olmağımızı və qol epizodlarımızın çoxluğunu nəzərə alaraq 2 xal itirdiyimizi qeyd edə bilərəm”.

Həmin kateqoriyadan