SİYAHI
20 ən yaxşı bombardir

Azərbaycan premyer liqasının cari mövsümünün ilk 13 turu ölkə çempionatları tarixinin ən yaxşı 20 bombardiri siyahısında dəyişikliklə nəticələnməyib. Allsport.az saytı xəbər verir ki, buna səbəb ən çox qol vuran futbolçuların artıq karyerasını bitirməsidir.

Ən məhsuldar oyunçular cədvəlinə Nazim Əliyev başçılıq edir. Onun hesabında 183 top var. İkinci sırada qərarlaşan Müşfiq Hüseynov 58 qol az vurub. İlk “üçlüy”ü 116 dəfə fərqlənən Rövşən Əhmədov qapayır.

20 ən yaxşı bombardir

1. Nazim Əliyev – 183
2. Müşfiq Hüseynov – 125
3. Rövşən Əhmədov – 116
4-5. Qurban Qurbanov – 115
Samir Ələkbərov – 115
6. Alay Bəhramov – 108
7. Nadir Nəbiyev – 103
8-9. Xaqani Məmmədov – 102
Vadim Vasilyev – 102
10. Kənan Kərimov – 101
11. Musa Qurbanov – 94
12. Fazil Pərvərov – 89
13. Samir Musayev – 88
14-15. Fərrux İsmayılov – 85
İmamyar Süleymanov – 85
16. Samir Əliyev – 84
17. İsmayıl Məmmədov – 76
18. İlham Məmmədov – 74
19. Azər İsayev – 73
20. Paşa Əliyev – 72.

Həmin kateqoriyadan