- Baxış sayı: 37
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Koronavirus pandemiyası üzündən dayandırılan premyer liqanın 2019/20 mövsümündə 19 penalti təyin olunub. Allsport.az xəbər verir ki, 20 turun 80 matçında 16 qol 11 metrlik nöqtədən vurulub.
Digər 3 penalti zərbəsi dəqiq olmayıb. Meydan sahibləri 10, qonaqlar 9 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib. Qolla nəticələnməyən hər üç penalti meydan sahiblərinin passivindədir.
“Səbail” hamıdan çox – 6 belə zərbə vurubsa, “Sabah” penalti imkanı qazanmayıb. “Sumqayıt” ən çox cəzalanan komandadırsa, “Qarabağ”ın qapısına penalti təyin edilməyib.