20 turda 26 futbolçu

20 turda 26 futbolçu

“Qəbələ” premyer liqanın arxada qalan 20 turunda 26 futbolçunun xidmətindən yararlanıb. Allsport.az xəbər verir ki, Amin Seydiyevlə Qismət Alıyev koronavirus pandemiyası üzündən dayandırılan çempionatda “qırmızı-qara” forma ilə hamıdan çox – hərəyə 19 oyun keçirib.

Amin bu görüşlərdə əvəzolunmadan meydanda olub. Əcnəbilər arasında Merab Qiqauri, Fernan Lopes və Klesio Bauk daha çox – 18 matçda fürsət qazanıb. Daha 2 oyunçu – Ülvi İsgəndərovla Rövlan Muradov da eyni sayda qarşılaşmanın iştirakçısı olub.

Komandanın qollarına 9 oyunçu imza atıb. Baş tutan 20 görüşdəki ən məhsuldar oyunçusu qış fasiləsində “Qəbələ”dən ayrılan Davit Volkovdur. Onun hesabında 5 top var. Qışda heyətə qatılan Nikolas Raysel isə 4 matçda 4 qol vurmaqla yüksək məhsuldarlığı ilə seçilib. Rövlan Muradovun da aktivində eyni sayda qol var.

Həmin kateqoriyadan