200-cü oyun 

Allsport.az xəbər verir ki, “Səbail” Azərbaycan premyer liqasının 36-cı turunda “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. Bakı klubu bu vacib oyunda uduzmamaqla 9-cu yeri tutub.

“ASCO Arena”dakı matç paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev üçün də əlamətdar olub. 57 yaşlı mütəxəssis premyer liqada 200-cü oyununu keçirib.

O, 2001/02 mövsümündə “Qarabağ-Azərsun”un baş məşqçisi kimi ölkə çempionatında debüt edib. Sonradan “Rəvan” və “Kəpəz”i də çalışdıran mütəxəssis yarışın tarixində 200 və daha çox matça komanda çıxaran 11-ci məşqçidir. Diniyevin komandaları bu müddətdə 80 qələbə qazanıb, 47 heç-heçə edib və 73 dəfə uduzub.

Həmin kateqoriyadan