2015-dən bəri ilk dəfə

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 26-cı turunda “Abha” ilə görüşdə het-trik edib.

Allsport.az xəbər verir ki, portuqaliyalı üçün bu, ardıcıl ikinci het-trikdir – o, bundan əvvəl 25-ci turda “Əl-Tai” ilə görüşdə 3 dəfə fərqlənib.

Ronaldu sonuncu dəfə 2015-ci ildə “Real”ın futbolçusu kimi ardıcıl 2 het-trik edib. Daha sonra o, sentyabrın 12-də la liqada “Espanyol”a 5 , 3 gün sonra isə çempionlar liqasında “Şaxtyor”a 3 qol vurub.

Həmin kateqoriyadan