25-ci ölkə təmsilçisi

Topaz premyer liqasının 17-ci turunun “Neftçi” ilə qarşılaşmasında (0:0) Robin Nqalande “Zirə”nin heyətində debüt edib. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı hücumçu ilk dəfə rəsmi matçda “qartallar”ın formasını geyinib.

Zirə idman kompleksinin stadionundakı oyuna qədər komandamızın heyətində 68 futbolçu premyer liqa görüşünə çıxmışdı. Malavili futbolçu bu siyahıda 69-cu olub.

Robin “Zirə”nin ölkə çempionatı tarixində 34-cü legionçudur. Digər 35 oyunçu Azərbaycan təmsilçiləridir. Nqalande bu siyahıda ilk Malavi təmsilçisi olub.

Həmin kateqoriyadan