- Baxış sayı: 41
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 219
- Noyabr 09, 2026
- 0

Premyer liqanın 10-cu turu Səlahət Ağayev üçün yubileylə əlamətdar olub.
Allsport.az xəbər verir ki, “Səbail”in 32 yaşlı qapıçısı Azərbaycan çempionatları tarixində 250-ci oyununu keçirib.
Bu, “Neftçi” ilə ev görüşünə təsadüf edib. 2:4 hesabı ilə uduzan “Səbail”in qolkiperi 250 matçda 255 top buraxıb. O, hər qarşılaşmada orta hesabla 1,02 dəfə topu qapısından çıxarıb.