3-cü dövrəyə ən yüksək məhsuldarlıqla⁣

“Zirə” cari mövsümünün ikinci yarısının baş tutan 6 oyununda 7 qol vurub. Allsport.az saytı xəbər verir ki, “qartallar” “Səbail”lə görüşdə 3, “Sabah”la matçda 2 qol vurubsa, “Sumqayıt”la “Qəbələ”ni bir dəfə məyus edib.

2016/17 mövsümündən indiki formatda (8 klub, 4 dövrə) keçirilən premyer liqada 3-cü dövrənin ilk 6 oyunu üçün komandamızın rekordudur. Futbolçularımız üç il əvvəlki göstəricini təkrarlayıb. Belə ki, “Zirə” yalnız 2016/17 mövsümündə 3-cü dövrənin 6 matçında 7 qol vurub. Digər 2 mövsümün bu bölümündə isə daha az qol qeydə alınıb.⁣

Qeyd edək ki, 3-cü dövrənin 6 turundan sonra koronavirus pandemiyası üzündən dayandırılan premyer liqa iyunun 21-də davam etdiriləcək.⁣

Həmin kateqoriyadan