- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 82
- İyun 23, 2026
- 0

“Qəbələ” koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümündə 31 qol vurub. Allsport.az xəbər verir ki, bunlardan 25-i çempionat, 6-sı ölkə kubokuna təsadüf edib. Bu qollar klub tarixinin ən məhsuldar 20 oyunçusu siyahısında hər hansı dəyişikliyə səbəb olmayıb.
Bombardirlərin 20-liyində yalnız bir futbolçu hazırda da “qırmızı-qaralar”ın formasını geyinir. 13 qola malik Asif Məmmədov cari mövsümdə fərqlənməyib. O, Samir Zərgərovla 14-15-ci yerləri bölüşür.
Bombardirlər cədvəlinə isə 33 qol vuran Viktor Mendi başçılıq edir. Dodo ondan 3 top geri qalır. Baqali Dabonun aktivində 27 qol var.