- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Topaz premyer liqasının 17-ci turunun “Neftçi” ilə oyunundakı 0:0 hesablı heç-heçə “Zirə” üçün yubileylərlə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “qartallar” tarixində 40-cı bərabərliyə imza atıb. Özünün 155-ci oyununa çıxan komanda 33 dəfə premyer liqa, 6 dəfə 1-ci divizion, 1 dəfə Avropa liqasında meydanı heç-heçə ilə tərk edib.
Bu bərabərliklərdən 15-də qol vurulmayıb. “Neftçi” ilə görüş “Zirə”nin 15-ci qolsuz matçı olub. Zirə idman kompleksinin stadionundakı görüş həm də ölkə çempionatında evdə 15-ci heç-heçədir. “Qartallar” 55-ci ev matçında 15-ci “sülh”lə kifayətlənib.