- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

Rusiyanın “Tambov” klubunun qapıçısı Sergey Rıjikov karyerasını Azərbaycanda davam etdirə bilər. Allsport.az xəbər verir ki, bu barədə 40 yaşlı qolkiperin agenti Aleksey Safanov məlumat verib:
“Seçimlər arasında Qazaxıstan və Azərbaycan liqaları var. Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi ekzotik ölkələrdən də təkliflər almışıq. Ancaq indi ora getmək bir az çətindir”.
Rusiyalı qapıçı ölkəsində “Tom”, “Lokomotiv”, “Anji”, “Saturn”, “Rubin” və “Krılya Sovetov” kimi klublarda çıxış edib.