“90 dəqiqəlik futbol o qədər də maraqlı deyil”

“Barselona”nın və İspaniya yığmasının sabiq müdafiəçisi Jerar Pike hesab edir ki, heç-heçənin ləğvi futbolu daha əyləncəli edəcək və bu, gənc tamaşaçıların oyuna maraq göstərməsinə kömək edəcək.

Allsport.az xəbər verir ki, “Krallar Liqasını (Pikenin iştirak etdiyi media liqası) yaratmağımızın səbəblərindən biri odur ki, mən övladlarımın futbol matçına baxdığını, 10 dəqiqə sonra isə onların telefonlarında və planşetlərində olduqlarını gördüm.

Futbol əyləncədir, ona görə də o, təkcə digər idman növləri ilə rəqabət aparmır. “Netfliks”, “Amazon”, “Yutub”, “Tiktok” ilə də rəqabət aparır. Hər kəsin məhdud vaxtı var. 90 dəqiqəlik futbol o qədər də maraqlı deyil”.

Həmin kateqoriyadan