- Baxış sayı: 26
- 01 Aprel 2023 21:39
- Baxış sayı: 111
- Aprel 01, 2023
- 0
“Qəbələ”nin futbolçusu Ruan Renato premyer liqada 50-ci oyununu keçirib. Allsport.az xəbər verir ki, baziliyalı müdafiəçinin yubileyi 27-ci tura təsadüf edib.
29 yaşlı cənubi amerikalı “Şamaxı” ilə ev görüşündə 90 dəqiqə şans qazanıb. Ruan premyer liqadakı 50 matçda 3 qol vurub. O, “qırmızı-qaralar”ın heyətində Azərbaycan çempionatında ən azı 50 görüş keçirən 35-ci futbolçu olub.
Renato 2021-ci il avqustun 15-də premyer liqada ilk oyununa çıxıb. O, “Neftçi” ilə səfər qarşılaşmasında (2:2) şans qazanıb.