“Gileylənməyə əsas yoxdur”

Bu gün “Turan Tovuz” premyer liqanın 30-cu turunda Qəbələdə “Kəpəz”ə 0:1 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov məğlubiyyətə belə şərh verdi:

“Maraqlı oyun oldu. “Kəpəz” bu mövsüm bizə qalib gələ bilməmişdi. Bu üzdən, bütün güclərini ortaya qoydular. Üstəlik, azlıqda qalandan sonra, nisbi üstünlük rəqibin tərəfinə keçdi.

Bu oyunu unudub ölkə kubokuna köklənməliyik. Futbolçularıma inanıram. Əl-ələ verib qara zolaqdan çıxmağa çalışacağıq.

Gileylənməyə əsas yoxdur. Uzun aradan sonra premyer liqaya döndük. İlk cəhddə elitada qalmalıyıq. İldən-ilə inkişaf edəcəyik”.

Kamran HACI, Qəbələ

Həmin kateqoriyadan