“Bu dəfə uşaq səhvlərimiz olmadı”

Bu gün “Zirə” premyer liqanın 33-cü turunda səfərdə “Şamaxı”ya 3:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov bunu dedi:

“Oyunun əvvəlində düşdüyümüz qara zolaqla bağlı müəyyən sıxıntı vardı. Amma vaxt keçdikcə, bunu adladıq. Bu dəfə uşaq səhvlərimiz olmadı.

Müdafiədə çox yaxşı çıxış etdik. Düşən fürsətləri dəyərləndirib böyük hesablı qələbə qazandıq.

Həftəiçi rəhbərliklə söhbətimiz oldu. Yanvarda özüm istəmişdim ki, çempionatın sonunda olsun. Rəhbərliyin istəyi o oldu ki, komanda daha güclənsin və yola mənimlə davam etsin”.

Kamran HACI, Şamaxı

Həmin kateqoriyadan