- Baxış sayı: 43
- 17 Sentyabr 2026 14:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0
Azərbaycan və “Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev kikboksinq yarışlarında növbəti döyüşünü keçirəcək. Allsport.az xəbər verir ki, idmançımız bu gün Belarusun paytaxtı Minsk şəhərində baş tutacaq döyüşdə qüvvəsini sınayacaq.
Abdullayev 72,5 kq çəki dərəcəsində dünya kəməri uğrunda mübarizə aparacaq. Kikboksinqçimiz bu qarşılaşmada Mərakeş idmançısı Raşid Belaini ilə üz-üzə gələcək. Qalib İPCC-nin dünya çempionu adına da yiyələnəcək.
Xatırladaq ki, Abdullayev bu ilin yayında Qəbələdə baş tutan döyüşdə çinli Jiao Fukaini nokautla məğlub etmişdi.