ABF Afrikada badmintonun inkişafına dəstək olacaq

Allsport.az xəbər verir ki, Azərbaycan badminton federasiyası (ABF), Azərbaycan gənclər və idman nazirliyi və milli olimpiya komitəsi ilə birgə Afrikada badmintonun inkişafına dəstək layihəsinə başlanılmasından məmnunluq duyur.

Malayziyanın paytaxtı Kuala Lumpurda dünya badminton federasiyası (DBF) və ABF-nin rəhbər heyəti arasında görüş keçirilib. DBF-nin illik toplantısı çərçivəsində tərəflər arasında əməkdaşlıq memorandomu imzalanıb.
Azərbaycan badminton federasiyasının prezidenti Taleh Ziyadov və dünya badminton federasiyasının prezidenti Poul-Erik Hoyer Larsen arasında imzalanan razılaşmaya əsasən ABF Afrikada badmintonun inkişafına dəstək olacaq.
Azərbaycan dövləti və Azərbaycan badminton federasiyasının idman (badminton) vasitəsilə inkişaf etməkdə olan və həyat səviyyəsi aşağı olan ölkələrdə sosial həyatın və təhsilin səviyyəsinin artırılmasına dəstəyi prioritet istiqamətlərdəndir. Layihənin əsas məqsədi DBF və Afrika badminton konfederasiyası (ABK) ilə sıx əməkdaşlıq çərçivəsində Afrika ölkələrində badmintonun inkişafı və kütləviliyinə nail olmaqdır.

Layihə çərçivəsində ABF Niger,Qambiya,Kamerun,Madaqaskar və Botsvanada badmintonun inkişafına töhfə verəcək.

Müqaviləyə əsasən Azərbaycan badminton federasiyası qeyd olunan ölkələrin badminton qurumlarını raketka,volan və digər zəruri idman ləvazimatları ilə təchiz edəcək.

Həmin kateqoriyadan