ABŞ klubu sabiq “Qarabağ”lını saxlayır

ABŞ-ın “Nyu-York Kosmos” klubu “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqollini komandada saxlamaq fikrindədir. Allsport.az xəbər verir ki, aşağı liqa klubu 37 yaşlı müdafiəçi ilə müqaviləni uzatmaq istəyir.

Komandanın baş məşqçisi Karluş Mendeş alban müdafiəçi ilə danışıqlar aparılacağını deyib: “Aqolli ötən il komandanın böyük hissəsi idi. Məşqlərdə olması xoşdur. Gənc futbolçular üçün belə oyunçular çox vacibdir. Ansi əsl peşəkardır”.

Aqolli də “Nyu-York Kosmos”da qalmaq istədiyini bildirib.

Aqolli 2010-2019-cu illərdə “Qarabağ”da çıxış edib. O, 2019-cu ildə ABŞ klubuna keçmişdi.

Həmin kateqoriyadan