Acun İlıcalı “Turan Tovuz”un qonağı olub

Türkiyənin məşhur aparıcısı və iş adamı Acun İlıcalı “Turan Tovuz”un baş himayədarı “Hünər Qrup”un qonağı olub. Allsport.az saytı xəbər verir ki, ona şirkət haqda ətraflı məlumat verilib.

Sonra işgüzar görüş keçirilib. “Turan Tovuz” PFK-nın idarə heyətinin sədri Ehtiram Quliyev, əsas komandamın baş məşqçisi Ayxan Abbasov, klubun direktorları Əli Balakişiyev, Nadir Nəbiyev və Səməd Nəsibov iştirak ediblər. Görüşdə klubumuzla qonağın sahibi olduğu “Hall Siti” klubu ilə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Təklifləri müsbət dəyərləndirən qonaq yaxın gələcəkdə hər iki klubun bütün sahələrdə mümkün əməkdaşlığından məmnun olacağını bildirib. İlkin razılığa əsasən klubumuzun əməkdaşları, məşqçi və futbolçu heyəti “Hall Siti”nin iş prinsiplərini öyrənmək və təcrübələrini artırmaq üçün İngiltərədə klubun düşərgəsində təcrübə keçəcəklər.

Sonda Acun İlıcalıya klubun rəhbəri Ehtiram Quliyev tərəfindən 10 nömrəli futbol köynəyi hədiyyə olunub.

Həmin kateqoriyadan