- Baxış sayı: 38
- 22 İyun 2026 11:16
- Baxış sayı: 66
- İyun 22, 2026
- 0

Bu gün AFFA-nın intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, Misli premyer liqasının 2-ci turundakı qayda pozuntuları ilə bağlı bu qərarlar qəbul edilib:
“Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasında qonaqların futbolçusu Ülvi İsgəndərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün, 2 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə edilib.
“Neftçi” – “Səbail” oyununda, “dənizçilər” 2-ci hissəyə gec çıxdığına görə 1500 manat cərimə edilib. Qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına üçün, klub 700 manat ödəyəcək. Həmçinin “Səbail”in baş məşqçisinin köməkçisi Elmir Xankişiyev meydana kənar əşya atdığına görə 2 oyun şərti olmaqla, 4 oyun cəzalandırılıb, klub 3500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin olunub.
“Neftçi”nin baş məşqçisi Adrian Mutu “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Neftçi” 500 manat cərimənib.