AFFA bölgə klublarının problemlərini dinlədi

Bu gun AFFA-nın inzibati binasında region liqasında mübarizə aparan komandaların nümayəndələri ilə ilk dövrənin yekunlarına həsr olunmuş görüş keçirib.

Allsport.az xəbər verir ki, məşqçilər komitəsinin üzvlərinin də iştirak etdiyi görüşdə komandaların problemləri dinlənilib, ikinci dövrənin hazırlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Komandaların təkliflərinin müzakirə olunduğu tədbirdə region liqasının daha da inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan