AFFA-dan Cavid Hüseynova sərt cəza, 3200 manat cərimə

AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, premyer liqanın 17-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edildi:

“Səbail”lə səfər oyununda “Qəbələ”nin futbolçusu Fernan Lopes ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

“Neftçi”nin “Keşlə” oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Zirə” – “Qarabağ” oyununuda meydan sahiblərinin futbolçusu Cavid Hüseynov 67-ci dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur;

“Sumqayıt” – “Sabah” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün  klub 800 manat cərimə olunur.

Həmin kateqoriyadan