AFFA ilə AMADA arasında qarşılıqlı anlaşma

İyulun 5-də AFFA-nın inzibati binasında bu təşkilatla Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Allsport.az saytı xəbər verir ki, baş katib Elxan Məmmədov və AMADA-nın direktoru Şəfəq Hüseynlinin imzaladığı anlaşmanın müddəalarına uyğun iş icra olunacaq.

Növbəti mövsümdən etibarən futbol üzrə Azərbaycan premyer liqasında çıxış edən, həmçinin Azərbaycan milli komandalarına cəlb olunan futbolçular dopinq nəzarətinə cəlb olunacaq, bu sahə ilə bağlı müxtəlif təbirlər, seminarlar keçiriləcək, maarifləndirmə işləri aparılacaq.

Həmin kateqoriyadan