- Baxış sayı: 36
- 09 Noyabr 2026 21:18
- Baxış sayı: 152
- Noyabr 09, 2026
- 0

“AFFA-ya prezident seçkiləri hesabat konfransında keçiriləcək. Növbəti icraiyyə komitəsinin iclasında bunun dəqiq tarixi müəyyənləşəcək”.
Allsport.az saytı xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev dedi. Onun sözünə görə, hələ namizədlər məlum deyil:
“Konfransın günü müəyyənləşəndən sonra, başlamasına 15 gün qalmış gündəliklə bağlı federasiyalara məlumat göndəriləcək.
Onlar növbəti 5 gün ərzində öz namizədlərini təqdim edə bilərlər. Hazırda heç bir namizəd yoxdur”.