AFFA nümayəndəsi UEFA “Fait ze fiks” Akademiya proqramını bitirib

İtaliyanın paytaxtı Romada UEFA-nın üzv assosiasiyalarının, Cənubi Amerika və Afrika assosiasiyalarının nümayəndələrinin iştirakı ilə UEFA-nın Lozanna universiteti ilə birgə təşkil etdiyi UEFA “Fait ze Fiks” Akademiya proqramının 3-cü və sonuncu mərhələsi keçirilib.

Allsport.az xəbər verir ki, akademiya proqramını müvəffəqiyyətlə başa vurmuş UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimliyə müvafiq sertifikat təqdim olunub.

Kursun əsas məqsədi “Danışılmış oyunlarla mübarizə” proqramı (UEFA FTF) danışılmış oyunlara qarşı mübarizədə iştirak edən peşəkarları kəşfiyyat məlumatları toplamaq, araşdırmalara rəhbərlik və istintaq proseslərinə kömək etmək üçün lazım olan məlumatlar, vasitələr və bacarıqlarla təmin edir.

UEFA FTF proqramı tədqiqatların aparılması və oyuna cəlb olunanların təqib edilməsi üçün tələb olunan bacarıqlara diqqət yetirərək danışılmış oyunlar sahəsində çalışan peşəkarlar üçün unikal təlim imkanıdır. İştirakçıları bu fenomen ilə bağlı dolğun məlumatlarla təmin etmək, son hadisələr və monitorinq vasitələri haqqında ətraflı məlumat verməklə yanaşı, A-dan Z-yə istintaq və digər prosedurları nəzərdən keçirir.

Həmin kateqoriyadan