AFFA nümayəndəsini söyüb-döyən məşqçiyə 15, hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza

Bu gün AFFA intizam komitəsinin toplantısı olub. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra, bu qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı qərarlar qəbul olunub:

Gənclər liqasında “Zirə” – “Səbail” matçının 70-ci dəqiqəsində “Səbail”in futbolçusu Salman Ələsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Tufan” – “Qəbələ” matçının 90+3-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Veysəl Rzayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-17 liqasında “Xəzər Lənkəran” – “Səbail” matçının 89-cu dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Mirtaleh Ağazadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
“Tufan” – “Kəpəz” matçının 86-cı dəqiqəsində “Tufan”ın futbolçusu İlkin Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

“Qəbələ” – “Sabah” matçının 63-cü dəqiqəsində “Sabah”ın futbolçusu Yelmar Aşurov 2-ci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 70-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Mehrac Baxşəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 90+1-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Xəyal Səmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

İOEUGİM – “Keşlə” matçının 90-cı dəqiqəsində İOEUGİM klubunun futbolçusu İbrahim Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“İsgəndər Cavadov BFA” – “Neftçi” matçının 81-ci dəqiqəsində “İsgəndər Cavadof BFA” klubunun futbolçusu Əziz Müzəffərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 liqasında “Xilə” – “Qarabağ” matçının 48-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Rəşad Soyunoğlu hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.
“Neftçi” İK İB – “Keşlə” matçının 53-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Ayxan Məcidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 74-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Hüseyn Quliyev təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-15 liqasında “Qarabağ” – “Neftçi” İK İB matçının 78-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Cəmil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 liqasında İOEUGİM – EFA matçının 49-cu dəqiqəsində İOEUGİM klubunun futbolçusu Məhəmməd Bəylərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 liqasında “Ağsu”nun baş məşqçisi Sönməz Quliyev AFFA-nın Mərkəz region üzrə nümayəndəsinə qarşı təhqiredici ifadələr işlətdiyi və fiziki güc tədbiq etməyə cəhd etdiyinə görə 15 oyun cəzalanıb.

Qızlar U-13 liqasında “Fidan” (Bakı) – UGİM (Xaçmaz) matçının 36-cı dəqiqəsində “Fidan”ın futbolçusu Nərgiz Müzəffərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan liqasının 2-ci dəstəsinin “Star Karqo-2” – “Baku Fire-3” matçının 25-ci dəqiqəsində “Baku Fire-3” klubunun futbolçusu Sərxan Vəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
NTD – “Borçalı” matçının 27-ci dəqiqəsində NTD klubunun futbolçusu Telman Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

“Baker Nughes” – “Altay” matçının 21-ci dəqiqəsində “Altay”ın futbolçusu Nihad Rüstəmov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Bibiheybət” – “Hövsan” matçının 20-ci dəqiqəsində “Bibiheybət” klubunun futbolçusu Qədirli Balarza hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Həmin kateqoriyadan