- Baxış sayı: 2
- 22 İyun 2026 15:13
- Baxış sayı: 80
- İyun 22, 2026
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Sumqayıt” – “Qəbələ” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Rəvan” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“İnter” – AZAL matçında “İnter”inn 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “İnter”in oyunçusu Nizami Hacıyev meydana protokolda qeyd olunduğu 8 №-li forma əvəzinə 80 №-li forma ilə çıxıb. Oyunun 12-ci dəqiqəsində hakimin göstərişi ilə formasını dəyişib. Bununla əlaqədər olaraq İntizam Komitəsi “İnter” klubunun yuxarıda göstərilmiş hadisəyə cavabdeh olan şəxslərinin işinə daha məsuliyyətlə yanaşmasını tələb edir.