AFFA “Qarabağ”, “Zirə” və “Sumqayıt”ı cərimələyib

AFFA “Qarabağ”, “Zirə” və “Sumqayıt”ı cərimələyib

AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra Topaz premyer liqasının oyunları ilə bağlı bu qərarlar çıxarılıb:

2-ci turun “Zirə” – “Keşlə” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 800 manat cərimə yazılıb.

3-cü turun “Zirə” – “Sabah” matçında “qartallar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

3-cü turun “Qəbələ” – “Sumqayıt” matçının 77-ci dəqiqəsində qonaq futbolçu Nicat Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün, 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib.

3-cü turun  “Qarabağ” – “Neftçi” matçının 66-cı dəqiqəsində “köhlən atlılar”ın azarkeşləri tərəfindən meydanya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Oyunun 70-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Həmin kateqoriyadan