- Baxış sayı: 38
- 07 Avqust 2026 15:52
- Baxış sayı: 194
- Avqust 05, 2026
- 0

AFFA-nın apellyasiya arbitraj tribunalı “Qarabağ” klubu tərəfindən verilmiş appelyasiya şikayətinə baxıb. Allsport.az xəbər verir ki, apellyasiya arbitraj tribunalı Ağdam təmsilçisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsinə qərar verib.
AFFA intizam komitəsinin 26 noyabr qərarı ilə ayın 22-də premyer liqanın 12-ci turunun “Sumqayıt” – “Qarabağ” oyununun (2:1) 72-ci dəqiqəsində qonaq klubunun 18 nömrəli futbolçusu İsmayıl İbrahimlinin aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı üçdən ikiyə endirilib.