UEFA-ya müraciət etdi: Varşavada “Qarabağ”ın oyununda erməni təxribatına yol verməyin!

Avropa liqasının pley-off mərhələsində oktyabrın 1-i Polşanın paytaxtı Varşava şəhərindəki “Wojska Polskiego” stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” oyunu ilə əlaqədar AFFA UEFA-ya müraciət ünvanlayıb. Allsport.az xəbər verir ki, son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, bu addım atılıb.

Müraciətdə Avropa liqası turnirinin qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılaraq bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA-dan qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.

Həmin kateqoriyadan