- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Bu gün AFFA-nın apellyasiya arbitraj tribunalının növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda “Səbail” klubu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
“Səbail Peşəkar Futbol Klubu” ictimai birliyi tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilsin.
AFFA intizam komitəsinin 27 noyabr 2018-ci il il tarixli qərarı ilə, 25 noyabr 2018-ci ildə, 2018/2019 mövsümündə, Topaz premyer liqasının 12-ci turu çərçivəsində keçirilən “Səbail” – “Neftçi” oyunu başa çatdıqdan sonra, “Səbail”in protokolda adı olmayan futbolçusu Eltun Yaqublunun hakimi təhqir etməsinə görə 4 oyun cəzalanması, klubun 3200 manat cərimə olunması qərarı qüvvədə saxlanılsın.