AFFA “Sumqayıt”ı cəzalandırdı

AFFA intizam komitəsi “Sumqayıt”ın baş məşqçisi Samir Abbasovu ikisi şərti olmaqla beş oyunluq cəzalandırıb.

Allsport.az xəbər verir ki, buna mütəxəssisin “Zirə”yə 0:1 hesabı ilə uduzduqları premyer liqanın 6-cı turunun matçında hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılması səbəb olub.

Abasova üç ay sınaq müddəti təyin edilib. “gənclik şəhəri” təmsilçisi isə buna görə 4000 manat ödəməli olacaq.

Həmin kateqoriyadan