Aftandil Hacıyev: “Bəzi səbəblər nəticənin belə olmasına gətirib çıxardı”

Premyer liqanın 1-ci turunun “Neftçi” – “Səbail” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev fikrini bölüşüb. Allsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Uzun müddətdən sonra ölkəmizdə futbolun bərpa olunması hamımızı sevindirir. Hamının futbol üçün necə darıxdığını görmək çətin deyildi. Favorit “Neftçi” idi. Oyuna uyğunlaşmağımız çətin oldu. Amma fasilədən sonra futbolçularım daha aktiv idilər, bir neçə qol epizodu yaratdıq. Ancaq bütün bunlar kifayt etmədi. “Neftçi” qələbəyə layiq idi.

Bəzi səbəblər yekun nəticənin belə olmasına gətirib çıxardı. Növbəti oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Heyəti gücləndirməliyik, çatışmazlıqlarımız var. Komandada gözləmədiyimiz oyunçu ayrılıqları baş verdi. Ancaq meydanda yaxşı mübarizə aparmağa çalışdıq. Tam hazır olmasaq da, asanlıqla məğlub olmadıq. Bundan sonra daha mübariz oynamağa çalışacağıq. “Neftçi”ni təbrik edirəm”.

Həmin kateqoriyadan