Aftandil Hacıyev: “Belə məğlubiyyəti gözləmirdik”

Premyer liqada 5-ci turdan təxirə salınmış “Qarabağ” – “Səbail” (4:0) oyunundan sonra təşkil olunmuş mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev fikrini bildirib. Allsport.az xəbər verir ki, o, məğlubiyyəti şərh edib:

“Ağır qrafikə giririk. Futbolçular üçün çətindir. Meydança amili də var. Hər dəfə meydanı dəyişəndə futbolçuların köhnə problemləri baş qaldırır. Bizim üçün bir qədər çətindir. Rəqib çempionatın ən yaxşı komandalarındandır. Erkən qollar oyundan əvvəlkı planlarımızı alt-üst etdi. Fasilədən sonra oyunu dəyişmək imkanımız var idi. Qol epizodları yaratdıq.

Bir top vursaydıq, bəlkə də, 1 xal qazana bilərdik. Belə məğlubiyyəti gözləmirdik. Müdaifədə istədiklərimi görə bilmirəm. Yalnız iki mərkəz müdafiəçisi ilə davam edirik. Ona görə bizim üçün çətindir. 3-4-cü qollar fərdi səhvlərdən vuruldu. Böyük hesablı məğlubiyyətin səbəbi son dəqiqələrdəki diqqətsizlik oldu. “Qarabağ”ı təbrik edirəm. Növbəti matçlara hazırlaşacağıq. Qarşıda bizi ağır matçla gözləyir”.

Həmin kateqoriyadan