Aftandil Hacıyev: “Bu oyunların finala bərabər olacağını futbolçular dərk edir”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib.

Allsport.az xəbər verir ki, o, çempionatdakı vəziyyətlərini düzəltməyə çalışacalarını deyib:

“Futbolçulardan razı qaldıq, hər biri çalışdı ki, özünün meydanda yaxşı cəhətlərini göstərsin. Fasilədən sonra çempionatdakı durumumuzu yaxşılaşdırmaq üçün daha da səylə çalışmalıyıq. Bu oyunların finala bərabər olacağını futbolçuların hər biri dərk edir.

Çempionat zamanı hər bir oyun bizim üçün çətin olsa da, çalışacağıq ki, oyunlarda maksimum xal toplayaq və mövsümün sonunda qərarlaşdığımız yerdən daha da, yaxşı yerdə çempionatı başa vuraq. Sevindirici hallardan biri də odu ki, bütün futbolçular heç biri ciddi zədə olmadan təlim-məşq toplanışını başa vurdular. Fasilədən sonra ilk oyunumuz “Qarabağ”la olacaq və bu oyuna ciddi hazırlaşacağıq”.

Həmin kateqoriyadan