Aftandil Hacıyev: Çalışırıq hər zaman gənc oyunçulara dəstək olaq

“Akademiyanı hər zaman yaxından izləyirik. U-19-un məşqçisi Ruslan Qafitulin bu il maraqlı komanda formalaşdırıb. Onların içindən Şamili bəyənib əsas komandaya cəlb etdik”. Allsport.az saytı xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev 18 yaşlı futbolçu Şamil Cəfərovla peşəkar müqavilə imzalanmasına münasibət bildirərkən deyib. 39 yaşlı mütəxəssisin sözlərinə görə, müdafiəçinin əsas komanda ilə məşq etməsi onun təcrübə qazanması üçün şansdır:

“Gələcəkdə özünü məşqlərdə göstərməsindən çox şey asılı olacaq. Biz məşqçilər olaraq, çalışırıq hər zaman belə gənc oyunçulara dəstək olaq. Bundan sonra əsas komanda ilə məşqlərdə iştirak etməsinin gələcək inkişafına müsbət təsir etməsi üçün çox çalışmalıdır. Şamil, potensialı olan futbolçudur. İnanırıq ki, gələcəkdə həm “Səbail”in əsas komandasında, həm də milli komandamızda möhkəmlənə biləcək”.

Həmin kateqoriyadan