- Baxış sayı: 42
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 219
- Noyabr 09, 2026
- 0

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 17-ci turunda “Qəbələ”yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:
“Oyun həqiqətən də hər iki komandanı həyəcana salmışdı. Bu gərginlik meydanda da hiss olunurdu. Lakin əvvəlki oyunlarımız davamını gətirəcəyimizə ümid verirdi. Futbolçularımız yaxşı oyun və nəticə ilə ümidlərimizi doğrultdular”.