Aftandil Hacıyev: “Güclənməyimiz lazımdır”

Premyer liqanın 4-cü turunda evdə “Sabah”a 2:1 hesabı ilə qalib gələn “Səbail”ın baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis öncə oyunu şərh edib:

“Bilirdik ki, bu gün xal qazanmaq bizim üçün çox önəmlidir. Mübarizəli oyuna hazır idik. Vacib 3 xal qazandıq. Bu komandaya bir az vaxt lazımdır, gec qoşulanlar, zədədən yenicə qayıdanlar var. Bu gün futbolçularım əzmkarlıq göstərdilər.

Həqiqətən, rəqibimiz daha iddialıdır. Hər tur çətin keçir, zəif rəqib yoxdur. “Qarabağ” və “Neftçi” bir az üstündür, qalanları eyni səviyyəli komandalardır. Getdikcə, daha yaxşı olacağıq, heyətin güclənməyinə ehtiyacı var. Yaxşı oyun alındı, 4 turdur ki, meydanda sürətli oyun göstəririk. Rəqibə də uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan