- Baxış sayı: 42
- 09 Noyabr 2026 13:35
- Baxış sayı: 49
- Noyabr 09, 2026
- 0
“Neftçi” ölkə kubokunun 1/4 finalında “Sumqayıt”la cavab oyunundan sonra istirahətə çəkilib. Allsport.az saytı xəbər verir ki, komanda gələn il yanvarın 6-da bir araya gələcək. Ayın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək “ağ-qaralar” həmin gün Türkiyəyə yola düşəcək.
Xatırladaq ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq komandamız ayın 18-də “Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə “Slovan” (Libereç, Çex Respublikası) klubları ilə yoxlama oyunu keçirəcək.
Ayın 26-dakı rəqibin adına aydınlıq gələndən sonra bu haqda məlumat veriləcək.