- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0
“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi televiziyasına açıqlamasında bu mövsüm üçün xərclərin 35 faiz azalacağını deyib. Allsport.az xəbər verir ki, o, koronavirus pandemiyasının “ağ-qaralar”a da təsir etdiyini deyib:
“Azarkeşlərin əksəriyyətini əsas komanda maraqlandırır. Onun büdcəsi yalnız maaş deyil. Əsas komandanın büdcəsi 40 faiz azalıb və 4 milyon manatdan az olacaq. Yeni sponsorlar dəvət etsək, Avropa Liqasında növbəti mərhələyə yüksəlsək, əlavə gəlir əldə edə bilərik. Yenə mərhələ keçsək, 4 milyon manata çatacağıq. Bu, ümumi klub büdcəsinin 46 faizini təşkil edib. Bizim klub yalnız əsas komandanın üzərində qurulmayıb”.