“Neftçi” ona elçi düşüb

Allsport.az xəbər verir ki, “ağ-qaralar” Rumıniyamın FCSB klubunun hücumçusu Andrea Kompanyonu almaq istəyir. İtaliyalı oyunçuya görə, flaqman 400 000 avro verməyə hazırdır. Buxarest klubu isə futbolçusu 500 000 avro istəyir.

Bu barədə 27 yaşlı futbolçunun agenti Alessandro Petsoli də açıqlama verib: “Andrea üçün “Neftçi” yaxşı variant ola bilər. Amma bundan artıq deyə bilmərəm. Görərik. Həm “Neftçi”, həm də başqa klublar onunla maraqlanırlar. 2 ilə 35 qol vurdu və mart ayında İtaliya millisinə dəvət aldı”.

Həmin kateqoriyadan