“Ağ-qaralar”ın oyununu kim idarə edəcək?

Bu gün “Neftçi” futbol klubu ilə Rusiyanın “Zenit” komandası arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

Allsport.az xəbər verir ki, qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabarov olacaq.

Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Oyunun VAR hakimləri Rəşad Əhmədov və Pərvin Talıbov olacaq.

Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan