“Ağ-qaralar”ın yoxlama oyununun vaxtı dəyişdirildi

“Neftçi” premyer liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər kabineti yanında operativ qərargahın qərarına əsasən həftəsonu yaşayış yerini tərk etmək qadağasına görə istirahət etmək məcburiyyətində qalmış komanda üzvləri bu gün axşam məşqinə çıxacaq.

“Ağ-qaralar”ın hazırlıq çərçivəsində “Keşlə” ilə iyunun 9-u keçirəcəyi yoxlama matçı bir gün sonraya təxirə salınıb.

Oyun iyunun 10-u saat 18:00-da “Türk hava yolları futbol mərkəzi”ndə baş tutacaq.

Həmin kateqoriyadan