Ağdam klubu “Rayo Valyekano”dan Xoni Montieli istəyir

“Qarabağ” İspaniyanın “Rayo Valyekano” klubundan Xoni Montieli transfer hədəfinə alıb.

Allsport.az “Marca”ya istinadən xəbər verir ki, Ağdam klubu Madrid təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkən 21 yaşlı futbolçunu icarəyə götürə bilər. Sequndada mübarizə aparan klub Montieli icarəyə verməyin əlehiniə deyil.

“Rayo Valyekano”nun yetirməsi 2019-cu ildə “Deportivo”da icarə əsasında oynayıb. Xoni Montiel İspaniyanın U-17, U-18 və U-19 millilərində çıxış edib.

Həmin kateqoriyadan