Ağdam klubundan açıqlama: “Adidas”ın “Qarabağ”la əməkdaşlığı dayandırması həqiqəti əks etdirmir

“Qarabağ” komandanı geyim dəsti ilə təmin edən “Adidas” şirkəti ilə münasibətlərin pozulmasına dair məlumatlara aydınlıq gətirib.

Allsport.az saytı xəbər verir ki, “köhlən atlar” bu barədə Feysbuk səhifəsində açıqlama yayıb. Klub bəyan edib, bu xəbərlər həqiqəti əks etdirmir.

Xatırladaq ki, Rusiyada bəzi erməni jurnalistlər, eləcə də Ermənistan KİV-ləri “Adidas” şirkətinin “Qarabağ” klubu ilə əməkdaşlığı birtərəfli qaydada dayandırdığına dair məlumatlar yaymışdı.

Həmin kateqoriyadan